"Jeep" model sırasını genişləndirir

27 Dekabr 2012 23:35
Yaxın zamanlarda "Jeep"in model sırasına daha 6 model əlavə olunacaq. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fiat-Chrysler alyansının rəhbərliyi qənaət etmək üçün gələcək "Jeep"ləri maksimum şəkildə alyansa daxil olan digər idman markaları ilə inteqrasiya etməyi planlaşdırır.

Bundan əvvəl də xəbər verilirdi ki, yeni "Jeep"lər "Fiat"larla eyni platformadan olacaqlar. Lakin "Automotive News"un məlumatına görə, "Jeep"-in yeni brendlərində "Maseratti" və "Alfa Romeo"nun yeni modellərinin aqreqatlarından da istifadə olunacaq.

Milli.Az