Nəhəng növbələr və basabas: "Gəl, ay müştəri" - FOTO
27 Dekabr 2012 13:52
Milli.Az bildirir ki, britaniyalıların "Boxing Day" adlandırdıqları bu alış-verişin ilk günündə artıq 5 milyard dollarlıq mal alınıb.
İlk gündən sonra isə dükanlar və marketlər qiymətləri ucuzlaşdırmağa başlayırlar.
Londonun Uest-End səmtində dünən milyonlarla insan alış-veriş edib.
Şəhərin üç mərkəzi ticarət küçəsindəki butiklərin qarşısında alıcıların çoxu gecə saatlarından növbə tutmuşdular.
"Selfricis" dükanı isə "Boxing Day"in elə ilk günü 2,5 milyon dollarlıq mal sataraq tarixində rekord vurub.
"Gucci", "Burberry", "Mulberry", "Louis Vuitton" və "Prada" brendlərinin məhsullarını yarı qiymətə, əksər hallarda isə daha ucuz qiymətə almaq üçün yüz minlərlə alıcı butiklərdə basabas yaradıblar.
Ötən illə müqayisədə alış-verişin ümumi həcmi 31 faiz artıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Getty İmages, AFP, Reuters, AP