"AvtoVAZ" avtomobillərini geri çağırır

27 Dekabr 2012 12:14
Şirkət 45348 ədəd avtomobildə həmin nasazlığın pulsuz aradan qaldırılmasını vəd edir. Burada təhlükəsizlik yastıqları sistem bloku yenidən proqramlanacaq.

Şirkət hesab edir ki, "Lada Granta"nın bu il may ayının 27-dən sentyabr ayının 30-a qədər istehsal olunmuş "Standart" (model 21906) və "Norma" (Model 21900, 21902, 21901) komplektasiyalı avtomobillərdə təhlükəsizlik yastıqları sistem bloku sıradan çıxa bilər.

Bununla bağlı "Lada" bütün dilerlərinə müvafiq göstərişlər verib.

Teymur Hacıyev
Milli.Az