Tanış olun: yeni milyarder - FOTO
25 Dekabr 2012 14:08
Şirkətin səhmləri satışa çıxarılan kimi onu informasiya texnologiyaları bazarının nəhənglərindən biri satın alıb.
Alıcı Google və ya Microsoft, hətta Samsung korporasiyası deyil.
GoPro-nu satın alan mikroelektronika istehsalçısı, Tayvanın Foxconn-udur.
Milli.Az The Financial Times-a istinadən bildirir ki, Foxconn korporasiyası GoPro-un səhmlərinin 8,8 faizini 200 milyon dollara satın alıb.
Beləliklə, GoPro-nun tam birja dəyəri 2,25 milyard dollardır.
Şirkətin banisi və sahibi, 36 yaşlı Nikolas Vudman da bir günün içində milyarderə çevrilib.
O, İPO-dan əvvəl jurnalistlərin "Şirkətinizin dəyərinin 1 milyard dollardan artıq olacağına inanırsınız?" sualına cavab vermişdi: "Təbii. Sizə hələ çox sürprizlərim olacaq".
GoPro klassik uğur hekayəsi də sayıla bilər.
Ekstremal idman növləri ilə məşğul olanlar üçün nəzərdə tutulmuş portativ videokamera çox keyfiyyətli olduğundan, qısa zaman ərzində populyarlaşıb.
"Surfer Dude" ləqəbli Vudman kaliforniyalıdır.
Onun yaratdığı GoPro şirkəti indiyədək 800 mindən artıq videokamera satıb.
GoPro kameraları ilə çəkilən videolar isə az qala hər dəqiqə YouTube videoservisinə yüklənir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: GoPro.com