BlackBerry 10-lar sınanır

24 Dekabr 2012 20:09
Onun sözlərinə görə, "RIM" şirkəti "BB10" platforması ilə iş üçün smartfon, server və digər avadanlıqların sınaq nümunələrini təxminən 150 mobil operatora göndərib. Onlar hazırda "BB10" platformasını sınaqdan keçirir və 2013-cü il yanvarın sonunda "RIM" şirkəti "BlackBerry 10" platformasını bazara çıxardıqda mobil operatorlar müştərilərə müvafiq məhsullar təklif etməyə hazır olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda təxminən 120 mobil operator "BlackBerry Enterprise Service 10" xidmətini sınaqdan keçirir. Heyns bildirib ki, mobil operatorların ilk rəyi müsbət olub.

Milli.Az