Avropadan Bakıya reyslər ləğv edildi

24 Dekabr 2012 17:18
Vyana-Bakı ("Austrian Airlines"), London-Bakı ("British Airlines") və Frankfurt-Bakı ("Lufthansa") aviareysləri ləğv edilib. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

Xüsusilə, müvafiq olaraq yerli vaxtla saat 16:55, 19:30 və 21:25-də Bakıya gəlməli olan aviareyslərin həyata keçirilməsi təxirə salınıb. Aeroportdan aviareyslərin ləğv edilməsinin səbəbini açıqlamayıblar.

Müvafiq olaraq, Bakı-Vyana və Bakı-Aşqabad (həmçinin "Lufthansa" aviaşirkəti tərəfindən həyata keçirilir) aviareyslərinin reallaşdırılması ləğv edilir.

Aeroportdan qeyd ediblər ki, Bakı-London aviareysi həyata keçiriləcək, çünki təyyarə paytaxta dünən gəlib və dünənki aviareysin ləğv edilməsi səbəbindən təyyarə Londona bu gün saat 20:30-da yola salınacaq.

Milli.Az