Baş nazir mühafizəçisinin silahla dolu çantası itib

7 İyul 2010 11:45
"Ynetnews" yazır ki, çanta "American airlines" aviaşirkətinin xidmətiçiləri tərəfindən itirilib. Vaşinqtona səfər edən Netanyahunun mühafizəçiləri baqajı götürən zaman silahla dolu çantanı tapmayıblar.
Sonradan baqajın bir hissəsinin səhvən Vaşinqton əvəzinə Los-Ancelesə göndərildiyi məlum olub. Lakin tapılmış çantanın içərisində 4 tapança yoxdur.
Məsələylə bağlı araşdırma aparılır.

Milli.Az