Gəncədə 8 və 9-cu sinif şagirdləri sınaq imtahanında iştirak ediblər
23 Dekabr 2012 17:56
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsi və Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən sınaq imtahanı şəhərin 3 məktəbində baş tutub.
İmtahanda 2000-ə yaxın şagird iştirak edib.
Prezident İlham Əliyevin ad gününə həsr olunmuş, Gəncədə 4 qrup üzrə keçirilən imtahanda 8 və 9-cu sinif şagirdləri testin suallarını cavablandırıblar. Bilik Körpüsü Hazırlıq və Repetitorlar Mərkəzinin direktor müavini Teymur Əliyevin bildirdiyinə görə, sınaq imtahanında qalib məktəbin komandasına notebook, 2 və 3-cü yerləri tutan şagirdlər isə hədiyyə və diplomlarla təltif olunacaqlar.
Bildirək ki, sınaq imtahanının cavabları xüsusi komissiya tərəfindən 10 gün müddətində yoxlanıldıqdan sonra yekun nəticələr elan olunacaq.
Qeyd edək ki, mərkəz Gəncə Şəhər Təhsil İdarəsi ilə birlikdə bu kimi test sınaq imtahanlarının keçirilməsini mütəmadi davam etdirəcək.
Milli.Az