Bapbalaca, iynəli bir qar topu - FOTO
22 Dekabr 2012 20:38
Milad Bayramı və Yeni İlə çox qalmayıb. Albinos kirpi balasını bəzəyənlər də onu bayramlara hazırlayırlar sanki.
Milli.Az The Guardian-a istinadən bildirir ki, İngiltərənin Bekinhemşir şəhərindəki "High Wycombe" heyvan sığınacağında doğulmuş kirpi balasının çəkisi cəmi 300 qram idi. İndisə o, çəkisini artırıb və 900 qram olub.
Ağappaq kirpi balasını dünən kamera qarşısına qoyaraq fotolarını çəkiblər.
Fəqət, onun müalicəyə ehtiyacı var. Bekinhemşirli baytarların dediklərinə görə, kirpinin ağciryərlərində problemlər var.
Albinos "Qar topu" baytar nəzarətindədir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Jet Moore