"Dünyanın sonu"nun vaxtını dəyişdilər: 23 dekabr

21 Dekabr 2012 18:58
"Mayyalılar öz təqvimlərini astronomik hesablamaları rahatlaşdırmaq üçün 21 dekabr 2012-ci il tarixinə təyin ediblər. Əslində isə mayyalıların təqvimi bazar günü tamamlanmalı idi". Milli.Az-ın Day.Az-a istinadən məlumatına görə, "Moskovskiy Komsomolets" qəzeti yazır ki, mayyalıların qədim məktublarının şifrələrini açmış alim Yuriy Knorozov belə bir nəticəyə gəlib.

"Mayyalıların özləri dünyanın sonu haqqında heç nə danışmayıblar", - Y.Knorozovun tələbəsi Qalina Yerşova bildirib. Abidə başdan-ayağa tarixlərdən ibarətdir.

"Həmin kalendar 50-ci illərdə Tottuqero şəhərciyindəki nazik panellərin arasında tapılıb, lakin ötən əsrin 70-ci illərində araşdırılıb. Abidənin bir hissəsi oğurlanıb və ABŞ-a aparılıb. Mayyalıların başqa mətnləri ilə müqayisədə görünür ki, burada yaxşı kahin astronomiya məktəbi var. Təqvim 13 böyük tsikli təsvir edir və 13-cü tsiklin sonu ilə başa çatır. Sonuncu tsikl dekabrın 21-də başa çatır, lakin iki günlük səhvlə. Mayya astronomlarına görə, bu, sadəcə, Yaquar bürcündən meymun bürcünə keçid idi. Bu, indi Balıq bürcündən Dolça bürcünə keçiddir", - o əlavə edib.

Milli.Az