WikiLeaks yeni sənədlər açıqlayacaq

21 Dekabr 2012 10:33
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə France-Presse agentliyi Culian Assanca istinadən xəbər yayıb.

Assanc dekabrın 20-də Londondakı Ekvador səfirliyinin eyvanından tərəfdaşlarına müraciət edib. Çıxışı zamanı Assanc deyib ki, 2013-cü il ərzində WikiLeaks saytı fəaliyyətini davam etdirəcək və milyonlarla məxfi sənədi açıqlayacaq.

Assancın çıxışı zamanı onu yüzlərlə tərəfdaşı izləyib. London polisi səfirlik ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib, lakin heç bir insident baş verməyib.

Milli.Az