"Tegra 4" mobil çipi hazırlandı
20 Dekabr 2012 20:38
Milli.Az ICTnews.az-a istinadən istinadən bildirir ki, "Tegra 4" mobil çipi rəqabətə davamlı olmaq üçün 28 nanometr texnoloji proses üzrə hazırlanacaq.
Kod adı "Wayne" olacaq və o, güclü "ARM" arxitekturasında hazırlanmış "Cortex-A15"-ə əsaslanacaq. "NVIDIA" şirkəti yeni prosessorunda "Tegra 3"-də olduğu kimi "4-PLUS-1" texnologiyasını tətbiq edəcək. "Wayne", həmçinin 5-ci nüvəyə malik olacaq. O, enerjiyə qənaət etmək üçün daha aşağı tezlikdə işləyir. Yeni çipset 2013-cü ilin əvvəlində təqdim edilə bilər.
Milli.Az