Smartfonlarda yeniliklər olacaq
19 Dekabr 2012 20:11
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Accenture" konsaltinq şirkəti qlobal smartfon bazarı üçün 3 əsas tendensiyanı açıqlayıb və onlar yaxın bir neçə ildə yeni bazarların yaranması ilə nəticələnəcək.
Analitiklərin fikrincə, tendensiyalardan biri smartfonların enerji ilə simsiz doldurulması texnologiyasıdır. "Smartfon və digər mobil telefon növlərinin yaranması anından onları enerji ilə doldurmaq problem olaraq qalıb", - "Accenture" şirkətinin "Electronics & High-Tech" bölməsinin baş vitse-prezidenti Tomas Styurmer bildirib.
Ənənəvi enerjidoldurma qurğusu bir sıra çatışmazlıqlara malikdir: onlar qurğuya yaxın olmalıdır və naqillər problem yarada bilər. İkinci tendensiya elastik mobil telefonlardır.
Onları əymək və bükmək mümkün olacaq. "Bu yenilik sensor ekranların smartfon bazarında yaratdığı çevrilişlə müqayisə oluna bilər", - analitik belə hesab edir. "Accenture" şirkətinin proqnozuna əsasən, birinci belə qurğular artıq 3-4 ildən sonra əlçatan olacaq. Üçüncü və sonuncu tendensiya inkişaf etməkdə olan ölkələrdə smartfonların populyarlığının artmasıdır. "Apple" şirkəti bu tendensiyanı nəzərə almalıdır.
Qeyd edək ki, "Accenture" qərargahı İrlandiyanın Dublin şəhərində yerləşən beynəlxalq iri konsaltinq şirkətidir: heyəti təxminən 260 min əməkdaşdan ibarətdir. Smartfon şirkətin tez-tez araşdırdığı sahələrdən biridir.
Milli.Az