Tanış olun: yeni Blackberry 10 - VİDEO - FOTO

19 Dekabr 2012 10:07
Milli.Az ZdNet-ə istinadən bildirir ki, BlackBerry 10 smartfonu böyük sensor ekranlı tipik monoblokdur.
BlackBerry 10 əməliyyat sistemi ilə işləyən bu smartfonun BlackBerry Dev Alpha B  L-Series variantı da var.

RİM-in bəyanatına görə, yeni smartfonun yanvarın 30-dakı rəsmi təqdimatı eyni vaxtda Nyu-York, Toronto, London, Paris, Yohannesburq və Dubay şəhərlərində keçiriləcək.

Sensor ekranlı yeni BlackBerry 10 gələn ilin fevralında, QWERTY-monoblok isə bir qədər sonra satışa çıxarılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.