Ağsu rayon sakini yandı

18 Dekabr 2012 11:55
APA-nın məlumatına görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Qurbanova Gülbahar Məmməd qızı bu gün səhər saatlarında yaşadığı evin həyətində ocaq yandırarkən benzindən istifadə edib və ehtiyatsızlıq səbəbindən müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Milli.Az