Azərbaycanda eyni yolda iki piyada vuruldu
14 Dekabr 2012 12:32
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bakıdan Gəncə istiqamətində hərəkət edən "İkarus" markalı sərnişin avtobusu piyadanı vurub. Vurulan piyada, 1949-cu il təvəllüdlü Salahov Tariyel Sultan oğlu dərhal Yevlax Regional Təxirəsalınmaz Təcili Tibbi Yardım (TTTY) məntəqəsinə çatdırılıb.
Olayın ardınca ikinci bir hadisə də baş verib. Belə ki, Ağdaşdan Tərtər istiqamətində hərəkət edən "Qazel" markalı yük avtomobili yoldakı qəza ilə əlaqədar sürəti azaltmaq istəyərkən arxasınca gələn sərnişin avtobusu "Qazel"lə toqquşub. Toqquşmanın təsirindən "Qazel" markalı yük avtomobili yolda dayanan və piyadanı vurmuş "İkarus"a toxunub. Bu hadisə nəticəsində isə "Qazel" markalı yük avtomobilində olan Tərtər rayon sakini Həsənov Arif yüngül dərəcəli bədən xəsarəti alıb. O da dərhal Yevlax Regional TTTY mənətəqəsinə çatdırılıb.
Hadisə ilə bağlı BDYP idarəsi tərəfindən araşdırmalar aparılır.
Milli.Az