Gələn il viruslar ilidir

13 Dekabr 2012 19:16
Demək olar ki, hər gün smartfon və planşetlər üçün zərərli proqramların sayı artır.

"BitDefender" antivirus şirkətində çalışan mütəxəssislərin fikrincə, 2013-cü il mobil virusların ili olacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "BitDefender" şirkətində kompüter təhlükəsizliyi üzrə baş mütəxəssis Katalina Kozoinin verdiyi məlumata əsasən, 2012-ci ilin ikinci yarısında müxtəlif viruslar vasitəsilə yoluxdurulmuş "Android" qurğuların sayı 41 faiz artıb.

Qeyd edək ki, 2012-ci ilin iyununda "Trend Micro" şirkətinin antivirus ekspertləri təxminən 30 min zərərli və təhlükəli "Android" tətbiq qeydə almışdılar. 2012-ci ilin üçüncü rübünə olan məlumata əsasən, onların sayı 175 minədək artdı

Milli.Az