Kofein orqanizmə necə təsir edir? Ziyanlı və xeyirli tərəfləri

12 Dekabr 2012 17:18
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu maddə insanı yorğunluqdan xilas edir, yuxunu qaçırır, sayıqlığı çoxaldır və əhvalı yaxşılaşdırır. Bu maddənin əsas mənbələri çay, kofe və şokoladdır. Bəs kofeinin orqanizmə hansı mənfi təsirləri var? Gün ərzində neçə fincan çay və ya kofe insan orqanizminə mənfi təsir edir?

İlk növbədə, kofein orqanizmə düşdükdə sinir impulslarını zəiflədən və yuxu gətirən adenozin neyrohormonunu imitasiya edir. Kofein beyində adenozini məhdudlaşdırır, bu maddənin orqanlarla təmasının qarşısını alır. Bu üsulla halsızlığı azaldır, sayıqlılığı yüksəldir.

İkinci növbədə, kofein adrenalin hormonunu stimulyasiya edir, qan axınının əzələlərə daxil olmasını sürətləndirir, qlükozanın qara ciyərdən qana ötürülməsini artırır.

Üçüncüsü isə, kofein beyində domafin neyrohormonunun miqdarını çoxaldır. Bu hormon firavanlıq və xoşbəxtlik hissi üçün cavabdehdir.

Kofenin hansı hallarda ziyan vura bilər?

İnsanların çoxu üçün gün ərzində 300 mq kofe normadır. Bu isə dörd ədəd böyük olmayan kofe fincanı deməkdir.

Onu da unutmaq lazım deyil ki, çayın müxtəlif növlərində, kofelərdə və şokoladlarda kofeinin səviyyəsi də fərqlənir.

Bəzi adamlar isə kofeinə qarşı həddən artıq həssasdırlar. 100 mq kofe onlarda həddən artıq yüklənmənin pis simptomlarını yarada bilər.

Gün ərzində 10-20 qram kofein qəbul etmək faciəvi nəticələrə gətirib çıxara bilər.

Kofeinin miqdarı çox olanda aşağıdakı hallar yarana bilər:

Ürək döyünməsinin sürətlənməsi;
Yuxusuzluq;
Ürəkbulanma;
Tez-tez sidik ifrazı;
Mədə və bağırsaqların iltihabı;
Üzün qızarması;
Susuzluq;
Baş ağrıları;

Milli.Az