Azərbaycanlı müğənni: "O pulu mənə versələr, soyunaram..."

13 Dekabr 2012 00:15
Beyonsun fotoları "Pepsi" şüşələrinin üstündə əks olunacaq. Beyons reklama 50 milyon müqabilində çəkilib. Reklamda geyindiyi geyimlər isə açıq olub.

Maraqlıdır, görəsən, bizim müğənnilər necə, 50 milyonun müqabilində "soyunardılar?"

Publika.Az xəbər verir ki, özünü həm də müğənni kimi sınayan aktrisa, xalq artisti Məleykə Əsədova reklama yalnız bir halda çəkiləcəyini bildirdi: "Əgər gecə, yaxud, adi geyimdə istəsələr, reklama çəkilərəm. Amma açıq-saçıq paltarda razılıq vermərəm. Onsuz da mən gözələm, adım-sanım var, elə simam yetər ki, hansısa reklam şirkəti uğur qazansın. Yo,x əgər onlara çılpaq qız lazımdırsa, o qədər var ki, gedib çəksinlər. Mənə nəinki 50 milyon, lap 100 milyon da versələr, soyunmaram. Çünki evimdə qız uşağı böyüdürəm".

Müğənni Xuraman Şuşalı çox düşündü-daşındı: "Ərim qoymaz. Həm də Azərbaycanda belə şeylərə pis baxırlar axı. Mən soyunub 50 milyonu ala bilərəm, amma hörmətsiz olaram. Buna görə də elə çox qazanıb, hörmətimi itirməkdənsə, az qazanıb hörmətli olsam, yaxşıdır".

Amma Günel Ələkbərovanın cavabı səmimi oldu: "50 milyona bilirsən, nələr etmək olar? Soyunaram. Niyə də yox. 50 milyon versələr, soyunaram, pulu da cibimə qoyub kef edərəm".

Milli.Az