"Lokomotiv" "Crvena Zvezda"nı darmadağın edərək mərhələ adladı

12 Dekabr 2012 09:50
Azərbaycanın qadın voleybolçulardan ibarət "Lokomotiv" klubu dünən Çempionlar Liqasının 2012/2013-cü il mövsümündə altıncı oyununa çıxıb. Azerisport.az xəbər verir ki, bu turnirin debütantı olan komandamız qrup mərhələsi çərçivəsindəki son matçını evdə Serbiya klubuna qarşı keçirib.
 
Təmsilçimizin budəfəki rəqibi "Crvena Zvezda" idi. Komandamız səfərdə məğlub etdiyi bu komandanı doğma divarlar arasında da yenməyə bacarıb.
 
Xatırladaq ki, "Lokomotiv" ilk oyununu səfərdə məhz "Crvena Zvezda"ya (Serbiya) qarşı keçirmiş və qələbə qazanmışdı - 3:2. Moskva "Dinamo"su (Rusiya) ilə ev oyununda 3:0 hesablı qələbə qeydə alınmışdı. Polşa "Fakro"su ilə görüşlərə gəlincə, bu komandanı səfərdə 3:1, evdə 3:2 hesabıyla məğlub etmişdi. Son görüşündə isə təmsilçimiz "Dinamo"ya səfərdə 2:3 uduzmuşdu.
 
"Lokomotiv"in qrupunda bu tur daha bir oyun keçiriləcək. "Fakro" evdə "Dinamo"nu qəbul edəcək.

Çempionlar Liqası

F qrupu

11 dekabr
 
LOKOMOTİV - CRVENA ZVEZDA - 3:0 (25:21, 25:13, 25:17)
 

Qrupdakı son durum: Lokomotiv - 14, Dinamo - 10, Fakro - 8, Crvena Zvezda - 1.

Milli.Az