Dünyada nə qədər türk alim var?

11 Dekabr 2012 19:51
Milli.Az TRT-yə istinadən bildirir ki, dünyanın 47 ölkəsində 1335 türk elm adamının fəaliyyət göstərdiyi müəyyənləşib.

Türkiyə Elm və Texniki Araşdırma Qurumu (TÜBİTAK) xaricdə fəaliyyət göstərən türk elm adamları ilə bağlı məlumatları toplayıb.

Türk bilim adamları Harvard və Oksford kimi nüfuzlu universitetlərlə yanaşı, NASA, "Google" və "General Electric" kimi bir çox mühüm qurumlarda çalışır.

Bu elm adamlarının yarısına yaxınının ABŞ-da olduğu bildirilir. Sonrakı yerləri isə Almaniya (145 nəfər) və Kanada (101 nəfər) tutur. İngiltərə, Fransa, İsveçrə və Avstraliya da türk elm adamlarının çalışmağı seçdiyi ölkələr sırasındadır.

Milli.Az