Onun "sındırmadığı" şifrə qalmayıb

11 Dekabr 2012 23:34
Sistemin 5 serverdən ibarət olan klasteri saniyədə təxminən 350 milyard şifrə yoxlayır.

O, belə sürətlə tipik şirkətdə qəbul edilmiş bütün mümkün şifrə kombinasiyalarını 6 saat ərzində yoxlaya bilər.

Milli.Az ICTnews-a istinadən istinadən bildirir ki, Qosni quraşdırdığı klasterə 25 ədəd (hər server üçün 5 ədəd) "AMD Radeon" qrafik prosessoru daxil edib.

O, "Virtual OpenCL" platformasında işləyir, şifrələrin tapılması üçün pulsuz "HashCat Plus" proqramından istifadə edilir. Sistem "NTLM" kriptoqrafiya alqoritmi ilə şifrələnmiş parolların xeşini "sındırmağa" cəhd edir. Qosni klasteri Norveçin Oslo şəhərində keçirilmiş "Passwords^12" konfransında təqdim edib.

Qosni klasteri öz təhlükəsizlik sistemlərini yoxlamaq istəyən şirkətlərə kirayə verməyi planlaşdırır. Şifrəni "sındırmaq" üçün alətlər getdikcə daha da güclənir, ona görə də istifadəçilər daha etibarlı şifrə seçməlidir.

Milli.Az