Dünya avtomobil nəhəngləri endirimli kreditlə "Bank of Baku"-dan
11 Dekabr 2012 15:18
Azərbaycan avtomobilsevərlərini ən sərfəli şərtlərlə dünya şöhrətli avtomobil modelləri ilə təmin etmək məqsədi ilə "Bank of Baku" öz tərəfdaşları ilə müştərək endirim kampaniyası elan edir.
28 fevral 2013 il tarixinədək Hyundai, KİA Motors, Chevrolet, Peugeot, Seat, Jeep, Chrysler, Dodge avtomobillərini rəsmi dilerlərdən, habelə "Autoland", "Okean avto" avtomobil salonlarından aparıcı brendlərin avtomobillərini güzəştli şərtlərlə almaq mümkündür. Kredit müddəti 3 ildən 5 ilə qədər olmaqla ilkin ödəniş 15%-dən başlayır. Faiz dərəcələri isə modeldən və müddətdən asılı olaraq 16%-dən başlayır. Müvafiq modellər üzrə komission haqqlarda da endirim elan edilir.
Endirim kampaniyası çərçivəsində Hyundai, Jeep, Peugeot, Dodge, Chrysler, KİA, Chevrolet , Seat və digər avtomobil modellərini əldə etmək mümkündür.
Model və müddətdən asılı olaraq ilkin ödəniş və faiz dərəcəsi dəyişə bilər.
Endirim kampaniyasının şərtləri ilə daha ətraflı tanış olmaq üçün "Bank of Baku"-un 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə və http://www.bankofbaku.com/az/tipes-of-consumer-loans/car-loans.html korporativ sayt ünvanına baş çəkmək yetərlidir.
Bank of Baku