Beyons yeni rekord vurdu - FOTO
11 Dekabr 2012 09:50
Milli.Az TMZ-yə istinadən bildirir ki, Beyons ilk dəfə 2002-ci ildə "Pepsi"nin reklamına çəkilmişdi.
Həmin vaxt populyarlığın zirvəsində olan müğənni korporasiyanın "Qladiatorlar" reklam klipində yer almışdı.
İndi isə aktrisa və müğənni yenidən "Pepsi" ilə əməkdaşlığa başlayıb.
Beyons reklam kampaniyasının artıq ilk promo-fotosuna çəkilib.
Bundan başqa, Beyonsun siması reklam posterlərini bəzəməklə yanaşı, kiçik bankaların üzərində də peyda olub.
Üzərində Beyonsun siması olan "Pepsi" bankaları gələn il satışa çıxarılacaq.
"Pepsi" korporasiyasından verilən məlumata görə, Beyonsla imzalanmış reklam anlaşmasının məbləği 50 milyon dollardır.
Layihə həm də incəsənətdə maraqlı layihələrin yaradılması üçün milyonlarla dollarlıq fondun yaradılmasını nəzərdə tutur.
Bunu Beyons dekabrın 9-da ABŞ-ın Florida ştatındakı Mayami-Biç şəhərində keçirilmiş "Art Basel" çağdaş sənət sərgisində bildirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: İNFphoto, Splash