Türkiyədə kürd qurumlarının 100-dən çox üzvü həbs olundu
10 Dekabr 2012 11:02
Türkiyə polisi kürdlərin sıx məskunlaşdığı Siirt, Mardin və Batman vilayətlərində reydlər keçirib.
Anspress xəbər verir ki, "Barış və Demokratiya Partiyası"nın, kürd qeyri-hökumət təşkilatlarının və yerli bələdiyyələrin ofislərinə edilən reydlərdə ümumilikdə 103 nəfər həbs olunub. Onların arasında Siirt valisi Səlim Sedak, BDP-nin şəhər şurasının üzvləri və digər rəsmilər var.
Həbs olunanlar PKKya bağlı KCK təşkilatı ilə əlaqələrinin olmasında şübhəli bilinirlər. Mardin vilayətində BDP partiyasının ofisindəki kompüterlər və sənədlər müsadirə edilib. Siirt vilayətində isə vali Səlim Sedakın evində axtarış aparılıb.
Milli.Az