"London taksiləri"nin sonu çatır - FOTO

4 Dekabr 2012 16:21
Britaniya paytaxtının meriyası bu taksiləri "Mercedes-Benz Vito" və "Nissan Motor NV200" minivenləri ilə əvəzləmək qərarına gəlib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, londonlu taksilər bu qərarı çox kəskin etirazlarla qarşılayıblar. Onların dediklərinə görə, "keb"lər Britaniyanın və Londonun simvollarından biridir.

London taksilərini istehsal edən "Manganese Bronze Holdings" şirkəti ağır maliyyə böhranındadır. Şirkətə təcili maliyyə yardımları göstərilməsə və investisiyalar yatırılmazsa,  Koventri şəhərində yerləşən "London Taxi Company" zavodu bağlana bilər.

Hazırda Londonda təxminən 23 min lisenziyalı "keb" var. Hər il 1400 keb qeydiyyatdan keçir.
"Manganese Bronze Holdings" şirkətinin problemləri oktyabrın əvvələrində başlanıb. Sükan mexanizmində nasazlıqlar olduğu üçün yeni, TX4 modelli 400 maşın geri çağırılmışdı.

Satışların dayandırılması şirkətə çoz böyük zərbə vurub.
Dizaynı 54 ildən bəri dəyişməyən London taksiləri şəhərin simvollarından biridir.

Çinin "Geely" şirkəti "Manganese Bronze"un səhmlərinin 20 faizinə malikdir. Çinlilər şirkətin səhmlərinin daha 31 faizini satın alaraq maliyə böhranını çözməkdən boyun qaçırıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











































Fotolar: Mark Richards