Bred Pitt də seriala başladı

4 Dekabr 2012 16:04
Milli.Az DHA-ya istinadən bildirir ki, Bred Pittin "Plan B" prodüser şirkəti ABŞ-ın HBO telekanalı üçün yeni teleserial çəkilişlərinə başlayıb.

"Paper" adlı serial kokain alverindən əl çəkərək sələmçilik və borclarını qaytarmaq istəməyən adamlardan pulları yığan şəxsdən bəhs edir.

Bu adam mafiyadan uzaq durmağa çalışaraq böyük biznes qurmağa çalışsa da, böyük bəlalarla qarşılaşır.

Serialda baş rolda kimin çəkiləcəyi hələ açıqlanmayıb.

Milli.Az