Marsda neçəyə məskunlaşmaq olar?

4 Dekabr 2012 12:32
Yaxın 15-20 ildə ilk insanlar yaşamaq üçün Marsa gedə bilərlər. Tədricən "Qırmız planet"də 80 min insan məskunlaşacaq. Milyarder Elon Mask - "Space X" kosmik şirkətinin təsisçisi və icracı direktoru - öz istehsalı olan "Dragon" adlı kosmik gəmisini kosmosa göndərəcək.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, o öz planları haqqında Londonda keçirilən "Kral astronavtları icması"nın iclasında danışıb. Milyarder əmindir ki, onun şirkəti insanları qonşu planetə apara biləcək gəmilər inşa edə bilər.

"Space X"in yaradıcısı Marsda bütöv şəhər salmaq niyyətindədir. Burada sakin olmaq üçün isə azı 500 min dollar lazımdır. Marsa gedəcək ilk qrup 10 nəfərdən ibarət olacaq.

Milli.Az