Ruhi xəstəliklərin siyahısı dəyişdi

3 Dekabr 2012 11:54
"Əqli xəstəliklərin diaqnostik və statistik məlumat kitabçası" (DSM-IV) adlanan bu ensiklopediya Birləşmiş Ştatlarla yanaşı, bütün dünyadakı psixiatrlar tərəfindən ən nüfuzlu istinad mənbələrindən biri sayılır.

ABŞ Psixiatrlar Cəmiyyətinin hazırladığı və bundan sonra "DSM-V" adlandırılacaq ensiklopediyada ruhi xəstəliklərlə psixi pozuntuların siyahısında əlavələrlə dəyişikliklər də var.

Milli.Az Scientist-ə istinadən bildirir ki, ruhi xəstəliklər siyahısından demensiya və ya Alsgeymer sindromu xəstəliyi çıxarılıb. Alsgeymer xəstələri bundan sonra ruhi xəstələr sayılmayacaqlar.

Məlumat kitabçasındakı digər önəmli dəyişiklik isə sürəkli, nə zaman oldusa, yeməyin sinir pozuntularından biri sayılmasıdır.

Eyni zamanda, il boyunca bir neçə dəfə ağır nevroz olan insanların belə davranışı və ya orqanizminin vəziyyəti DMDD adlandırılan ruhi xəstəlik kimi dəyərləndirilib.

Milli.Az