Əfsanəvi qaniçən qayıtdı
2 Dekabr 2012 17:06
Serbiyada Zarojye adlı kiçik bir şəhərin sakinləri qorxu içərisindədir. Buna səbəb Serbiyada hamıya yaxşı məlum olan Sava Savanoviç adlı əfsanəvi vampirin yenidən peyda olması haqqında şayiələrdir.
Anspress xəbər verir ki, Sava Savanoviç haqqında əfsanədə onun un dəyirmanında yaşadığı deyilir, son vaxtlar Zarojye şəhərinin un dəyirmanına un üyütməyə gələn bir neçə nəfərin müəmmalı şəkildə yoxa çıxması isə sakinləri təşvişə salıb.
Zarojye və ətraf ərazilərin sakinləri vampiri qorxutmaq üçün evlərindən sarımsaq asırlar. Bu barədə şəhər administrasiyası da göstəriş verib. Şəhər meri bildirib ki, Serbiyada Sava Savanoviç adlı vampir haqqında əfsanə hamıya məlum olduğundan, demək olar ki, hamı qorxur. Sakinlər vampirin mövcudluğuna zərrə qədər şübhə etmir və ciblərində sarımsaq və gümüş xaç gəzdirirlər. Zarojye meriyası əfsanəvi vampirə qarşı ciddi təhlükəsizlik tədbirləri barədə də düşünür.
Milli.Az