Brilyant Dadaşovanın neçə yaşı var?

1 İyul 2010 14:06
Xalq artisti Brilyant Dadaşovanı da bu qəbildən olan sənətçilərdən hesab etmək olar. Dəfələrlə bu cür sualları cavabsız qoyan xalq artistinin yaşı ətrafında müxtəlif rəqəmlər söylənilir. Müğənni isə həmişə susaraq "qadından yaş soruşmazlar" prinsipini qoruyur. Milli.Az xəbər portalına bu barədə danışan Brilyant xanım mövzu ilə bağlı maraqlı açıqlama verdi:

"Yaş kompleksi təkcə qadınlarda deyil. Bəzi kişilər də var ki, təvəllüdlərini gizlədirlər. Mənim 30 yaşım olanda çox ağlamışdım. Evdəkilərə deyirdim ki, artıq hər şey bitdi. Bu xüsusiyyət oğluma da keçib. O, hətta 5 yaşı olanda kövrəlmişdi. Doğum günündə baxdım ki, gizlində ağlayır. Soruşdum, "dedi mən qocalacağam". Onu sakitləşdirə bilmirdim".

Yaşını gizlətməyinə baxmayaraq, xalq artisti qocalmaqdan qorxmadığını bildirdi.

"Oğlumu tez evləndirmək istəyirəm. İstəyirəm nəvələrim olsun. Yaşa gəlnicə, mən səhnədəyəm və həmişə cavan görünməyə çalışıram. Bu, sənətin qanunlarından biridir. Ümumiyyətlə, isə qadından yaş soruşanları başa düşə bilmirəm. Qadına göründüyü yaşı vermək  lazımdır. Mən bunu qadınların nailiyyəti kimi qiymətləndirirəm" - deyə xalq artisti bildirdi.

Əldə etdiyimiz məlumata görə, Brilyant xanımın təvəllüd tarixi 1958-ci ildir.

Xədicə
Milli.Az