"iPhone" pult oldu - FOTO

2 Dekabr 2012 17:25
İstifadəçilər "iPhone", "iPad" və ya "iPod touch" qurğularına quraşdırılmış xüsusi tətbiq və kiçik taxma vasitəsilə evdəki qurğulara infraqırmızı siqnallar göndərərək onları idarə edə biləcəklər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, artıq bir çox "Apple" məhsulunu "Wi-Fi" modulu vasitəsilə idarə etmək mümkündür.

"Satechi" şirkəti "iOS" platforması ilə işləyən qurğulardakı qulaqlıqlar üçün konnektora kiçik qəbuledici qoşmağı təklif edir. Həmin qəbuledici isə infraqırmızı siqnallar göndərəcək. Kodlaşdırmadan "RemoteBean" pulsuz tətbiqi sorumludur: müxtəlif qurğu modelləri üçün siqnal bazasına malikdir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.