İçdiyi dərman onu kişilikdən çıxardı - VİDEO - FOTO

30 Noyabr 2012 13:55
Fransız Didye Jambar məhkəməyə şikayət edərək bildirmişdi ki, Parkinson xəstəsidir və içdiyi dərman onu qumar düşkünü, üstəlik də "mavi" edib.
Renn şəhər məhkəməsində Jambarın iddiası əsasında proses başa çatıb.

Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Nant şəhərinin sakini Jambarın 7 il sürən məhkəmə çəkişməsi onun qələbəsi ilə başa çatıb.
"Requip" adlı dərman preparatının zərərli təsirinə görə həmin dərmanı istehsal edən "GlaxoSmithKline" (Britaniya) konserni Jambara maddi və mənəvi təzminat qismində 197468,83 avro ödəməlidir.

2003-cü ildə "Requip" dərmanını içməyə başlamış Jambar iddia edirdi ki, həmin preparatdan istifadə etməyə başlayandan sonra onda homoseksual əlaqələr və qumara çox ciddi maraq yaranıbmış.

Evli, iki övlad atası olan Jambar "mavi" olmaq istəmədiyindən 8 dəfə intihara cəhd etmişdi.
Qadın paltarları geyərək gəzən Jambarı bir dəfə zorlayıblar da.
52 yaşlı Jambar məhkəmədə bildirib ki, onun təcavüzə məruz qalmasının səbəbi "Requip" dərmanını içəndən sonra həyatının və xüsusilə də davranışının alt-üst olmasıdır.

Məhkəmə salonundan ağlarayaq çıxan Jambar deyib: "Ən azı, artıq gecələr rahat yatacağam. Proses 7 il davam etdi, həyatımızda böyük problemlərə səbəb oldu. Bu pullar bizim üçün lotereya uduşu kimidir. Amma itirdiyim illəri və ağrılarımı unutdura bilməz", - arvadı Kristinin yanında durmuş Didye Jambar deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.