"Apple"dən bir rəhbər də qovuldu

29 Noyabr 2012 20:11
"Apple" rəhbərliyindəki yerdəyişmə haqqında, hələ ki, rəsmi şəkildə elan edilməyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "iOS 6" əməliyyat sisteminin (ƏS) yeni versiyasında  "Apple" şirkətinin xəritələrindən istifadə edilir. Onlar Hollandiyanın "TomTom" naviqasiya avadanlığında istifadə edilən xəritələr əsasında yaradılıb. Yeni proqramda səhv və uyğunsuzluqlardan başqa, məsələn, ictimai nəqliyyatın hərəkəti haqqında informasiya yoxdur.

"Apple" şirkətinin smartfonlarında əvvəllər "Google" xəritələri quraşdırılırdı. "Alma" şirkəti cari ilin iyununda San-Fransiskoda keçirilmiş tərtibatçıların ümumdünya konfransında öz proqramını tətbiq etməyə qərar verdi. Ekspertlər bu addımı vaxtilə sıx əməkdaşlıq etmiş iki korporasiya arasında rəqabətin kəskinləşməsi kimi qəbul etdilər. Kütləvi İnformasiya Vasitələrinin (KİV) məlumatına görə, "Google" şirkəti "iOS" üçün şəxsi kartoqrafiya proqramını buraxmağa hazırlaşır.

Milli.Az