“Boko Haram”ın istehkamı əlindən alınıb

27 Mart 2015 20:01

Nigeriyanın hökumət qüvvələri "Boko Haram" cihadçı qrupunun istehkamı sayılan Gyoza şəhərini nəzarət altına aldığını bildirir.

Milli.Az BBC-yə istinadən bildirir ki, xilafətin qurulduğunu deyərkən "Boko Haram" şimal-şərqdəki şəhəri özünün paytaxtı elan etmişdir.

Ötən il cihadçılar tərəfindən oğurlanan 200-dək məktəbli qızın məhz Gyozada saxlanıldığı güman edilir.
 

Martın əvvəlində hərbçilər, Gyoza da daxil olmaqla, "Boko Haram" nəzarətində cəmi 3 şəhərin qaldığını bildirirdilər.
 

Ötən həftə isə Nigeriya prezidenti Goodluck Jonathan islamçı qruplaşmasının ələ keçirdiyi ərazilərin bir ay ərzində geri gaytarılacağına ümid etdiyini deyib.

2012-ci ildən bəri Nigeriyanın şimal-şərqində yaranan münaqişədə 15500 adam həlak olub.
 

Milli.Az