Wikileaks-in qurucusu xəstələnib

29 Noyabr 2012 13:50
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ekvadorun Londondakı səfiri Ana Alban Assancın xroniki ağciyər infeksiyasının artdığını və tibbi müdaxiləyə ehtiyac olduğunu söyləyib.

Səfir ölkəsinin paytaxtı Kitoda verdiyi açıqlamada 5 aydır, Londondakı Ekvador səfirliyindən ayrılmayan Assancın tibbi xərclərini ödəyəcəklərini deyib. Ana Alban Assancın təhlükəsiz şəkildə İngiltərə xaricinə çıxarılması yollarını axtardıqlarını, amma İngiltərə rəsmi dairələrinin bunu rədd etdiyini vurğulayıb.

Milli.Az