"Windows XP"nin sonuna az qalıb

27 Noyabr 2012 19:20
O, yalnız 2012-ci ilin sentyabrında kompüter proqram platformaları reytinqində "Windows 7" ƏS-nə uduzaraq ikinci pillədə qərarlaşıb.

Lakin "Windows XP" ƏS-nin "dəfn" tarixi müəyyənləşib: belə ki, "Microsoft" şirkəti köhnəlmiş ƏS-nin dəstəklənməsinin dayandırılmasına qədər qalmış vaxtı hesablayan taymeri işə salıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, proqram nəhəngi 2014-cü il aprelin 8-nə qədər (təxminən 500 gün) "Windows XP" ƏS-ni texniki cəhətdən dəstəkləyəcək və yeniləmələr çıxaracaq. Britaniyanın "Camwood" şirkəti, həmçinin öz tərəfdaşlarına və müştərilərinə bu barədə bildirib. Qeyd edək ki, "Camwood" şirkəti onlara yeni ƏS-i və proqram təminatına keçməkdə yardımçı olur.
 
Qeyd edək ki, "Windows XP" Amerika korporasiyasının ən uğurlu müasir ƏS-dir. "Microsoft"un məhsulları arasında yalnız o, zirvədə uzun müddət qalıb. "Netmarketshare"-in 2012-ci ilin sentyabrına olan məlumatına əsasən, son 2 il ərzində "XP" ƏS-nin bazar payı 61,91-dən 42,52 faizə qədər azalıb və həmin dövrdə "Windows 7" ƏS-nin populyarlığı 17,64-dən 42,76 faizə qədər artıb. Beləliklə, 11 yaşlı "Windows XP" ƏS-i təxminən 3 ay bundan əvvəl liderliyini əldən verib.

Milli.Az