"Uşaq Eurovizionu 2012"nin rəsmi açılış mərasimi oldu - FOTO

27 Noyabr 2012 17:58
Dünən Niderlandın paytaxtı Amsterdamda "Uşaq Evrovizionu 2012" ("Junior Eurovision 2012") mahnı yarışmasının təntənəli açılışı olub.

Anspress-in məlumatına görə, 1 dekabrda başlanacaq beynəlxalq mahnı müsabiqəsinin rəsmi açılşı "Mercury" otelində baş tutub. Mərasimdə 12 ölkənin bütün təmsilçiləri, həmçinin Azərbaycanı "Junior Eurovision"da təmsil edəcək Ömər Sultanov Suada Ələkbərova da iştirak edib.

Bu gündən etibarən müsabiqənin məşqlərinə start veriləcək. Ömər və Suada müsabiqədə 75 faizi Azərbaycan dilində olan "Boys and Girls" mahnısını ifa edəcəklər. Bu mahnı əvvəlcə bütünlüklə ingilis dilində yazılsa da, sonradan müsabiqənin şərtlərinə uyğun olaraq 75%-i ana dilində yenidən işlənilib.

Qeyd edək ki, "Junior Eurovision 2012" dekabrın 1-də Amsterdamda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunur. Müsabiqədə 12 ölkə təmsilçisi birincilik uğrunda mübarizə aparacaq.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.