32 yaşlı qadın amansızlıa qətlə yetirildi

30 İyun 2010 12:59
Gəncə şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, dünən "Avto-zavod" qəsəbə sakini 55 yaşlı Dünyamalı Həsənov həyat yoldaşı 32 yaşlı Aynurə Həsənovanı çəkic və bıçaqla vuraraq qətlə yetirib.

Qadın aldığı xəsarətdən hadisə yerində keçinib. Dünyamalı Həsənov artıq saxlanılıb və cinayəti qısqanclıq zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az