"Hobbit" qalmaqalla gəlir - FOTO
26 Noyabr 2012 15:40
Filmdə çəkilmiş məşhur aktyorlarla yanaşı, dünya kinosunun ulduzları Yeni Zelandiyaya yollanıblar.
Filmdə baş rolda oynamış Martin Frimenin siması isə "Air New Zealand" aviaşirkətinin "Boeing 777" sərnişin təyyarəsini bəzəyir.
Milli.Az TMZ-yə istinadən bildirir ki, təyyarədə filmin başqa personajlarının da portretləri var.
Oklenddəki premyeradan öncə isə qalmaqal qopub.
Coln Tolkienin əsərləri ilə bağlı müəllif hüquqlarına sahib olan "Harper Collins" çap evi "Hobbit" filmini çəkmiş "Warner Bros" studiyasını məhkəməyə verməyə hazırlaşır.
Çap evinin vəkillərinin dediklərinə görə, studiya müəllif anlaşmasının şərtlərini pozub.
"Studiya "Üzüklər hökmdarı", "Hobbit" və britaniyalı yazıçının digər əsərlərinin personajlarından yararlanaraq suvenir məhsullarının satışından maksimum gəlir əldə etməyə çalışır. Halbuki onillər əvvəl imzalanmış anlaşmanın şərtlərinə görə, studiyanın Tolkienin əsərlərinin personajlarından yararlanaraq elektron və ya rəqəmsal məhsullar satmaq ixtiyarı yoxdur", - vəkillər deyiblər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Reuters, Rex Features