İrana yeni soxulcan hücum edib

23 Noyabr 2012 16:41
Yeni zərərli kod "W32.Narilam" adlandırılıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Symantec"in mütəxəssisi Suniçi İmano qeyd edib ki, antivirus şirkəti "Narilam"ı texniki cəhətdən aşağı təhlükə dərəcəsinə malik kod kimi təyin edib, çünki onun yayılma sahəsi İran və qismən də Böyük Britaniya və ABŞ-ı əhatə edir.

Qeyd edək ki, "Narilam" populyar "Stuxnet"lə bir sıra oxşarlıqlara malikdir. Belə ki, "Narilam" da "Stuxnet" kimi çıxarıla bilən daşıyıcılar və ümumi şəbəkə resursları vasitəsilə yayılan şəbəkə "soxulcan"ıdır.

Onun sözlərinə görə, "soxulcan" bundan artıq ziyan vura bilmir,  çünki silinmiş məlumatları ehtiyat surətlərdən bərpa etmək mümkündür, lakin o, İT administratorlarına müəyyən başağrısı yarada bilər.

Milli.Az