Rusiyada şok sui-qəsd

22 Noyabr 2012 14:06
Milli.Az Reuters-ə istinadən bildirir ki, 58 yaşlı Truxaçyov zavoddan çıxandan sonra ona yaxınlaşan şəxs tapança ilə atəş açıb. Mühəndis zərgərlik dükanının qarşısında güllələnib.
Məşhur mühəndis-konstruktor aldığı yaradan yerindəcə keçinib.

İnterfaks bildirir ki, hüquq-mühafizə orqanlarının fikrincə, sui-qəsdlə bağlı iki versiya var: "Onlardan biri silah oğurluğu və ya satışı ilə bağlı əməliyyatlar şübhəsi, digəri isə intiqamdır".

Rusiyanın Baş Prokurorluğu tanınmış mühəndisin muzdlu qatil tərəfindən qətlə yetirildiyini bildirib.

Moskvadan 200 kilometr uzaqda yerləşən Tuladakı KBP-inin istehsal etdiyi silah və hərbi texnika Suriyaya yollanmış, amma təyyarə Türkiyədə yerə endirilmişdi. Təyyarədəki texnikanın hamısı müsadirə edilmişdi.

Milli.Az