AvtoVAZ alıcılara şans verdi
21 Noyabr 2012 19:55
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Hazırda şirkətin avtomobili müəyyən olunmuş opsiyalar paketi ilə təchiz edilir, bu isə alıcıları AvtoVAZ-ın məhsullarından uzaqlaşdırır. Digər avtomobil şirkətləri ilə rəqabətə tab gətirə bilmək üçün Tolyatti avtomobil zavodu belə bir yeniliyi tətbiq edir.
Bu yenilik "Lada Largus" avtomobilində tətbiq olunmağa başlayacaq. Hazırda bu avtomobil iki komplektasiyada təqdim olunur - "norma" və "lyuks".
Hazırda dillerlərin çoxu şirkətin yeniliyini dəstəkləyir. Bu yeniliklər tətbiq olunduqdan sonra alıcılar istədikləri komplektasiya ilə sifariş verə biləcəklər.
Milli.Az