2,3 milyard dolların günahkarı odur? - FOTO

21 Noyabr 2012 23:52
UBS bankı ötən ilin sentyabrında bəyan etmişdi ki, onun treyderlərindən biri birjada icazəsiz və sanksiyalaşdırılmamış əməliyyatlar həyata keçirib. Həmin əməliyyatlar nəticəsində banka 2,3 milyard dollar məbləğində ziyan dəyib.

Londondakı Andlılar Mhkəməsi UBS bankının sabiq treyderi Kveku Adobolini fırıldaqda suçlayıb.

London Sitisienin polisi Adobolini tutaraq onu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fırıldaqçılıqda və saxta, yalan maliyyə hesabatları tərtib etməkdə suçlamışdı.
Andlılar məhkəməsi 32 yaşlı Adobolini fırıldaqda günahkar bilsə də, ona qarşı saxta hesabatlarla bağlı irəli sürülmüş ittihamı ləğv edib.

Treyderi 10 ilədək həbs gözləyir.
Əslən Qanadan olan Adoboli məhkəmədə bəyan edib ki, ona qarşı irəli sürülmüş ittihamlardan heç birini qəbul etmir.
"Bankın top-menecerləri əməliyyatlar barədə ilk gündən xəbərdar idilər. Onlar mənə riskli əməliyyatları davam etməyi məsləhət görmüşdülər", - Adoboli deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





















Fotolar: Reuters, AP, Getty İmages