Sarkozi məhkəmə qarşısında
20 Noyabr 2012 17:52
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi məhkəmə qarşına çıxacaq.
Anspress-in verdiyi məlumata görə, o, seçkiqabağı kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı ifadə verib.
Məhkəmə Sarkozinin tanınmış kosmetika şirkətlərindən olan "L'Oreal"ın yaradıcısından 2007-ci ildə seçki öncəsi kampaniyasının maliyələşdirilməsi üçün qanunsuz olaraq vəsait alıb-almadığını müəyyən etməyə çalışır. Bu barədə məlumatı "Figaro" qəzeti yazıb. Nəşrin məlumatına görə, hələ yayda Sarkozi öz izahatını təhqiqatçılara göndərib. KİV-də yer alan məlumata görə, o əvvəl də Bordo məhkəməsinə çağrılmışdı. Lakin iş qrafiki gərgin olduğu, beynəlxalq konfranslarda iştirak etdiyi üçün gədə bilməmişdi.
Sarkozi seçki kampaniyası qanunsuz olaraq üçün pul alması faktı üzrə ittihamı təkzib edir.
Milli.Az