Bu ölkə adını dəyişə bilər
20 Noyabr 2012 13:41
Milli.Az European-a istinadən bildirir ki, "Promote Iceland" adlı turist şirkətinin başladığı "Ölkəmizə yeni ad qoyaq!" müsabiqəsini rəsmi Reykyavik də dəstəkləyir.
Gələn ilin martın 21-dək davam edəcək müsabiqədə favoritlər "Danceland" (Rəqs ölkəsi), "Rockland" (Qayalar ölkəsi), "Niceland" (Gözəl ölkə) və "Catch-A-Cloud Land" (Bir bulud tut ölkəsi) adlarıdır.
İslandiyalılar hesab edirlər ki, ölkələrinin "İceland" (Buz ölkəsi) adlandırılması turistlərin sayının artımına mane olur.
Milli.Az