"Partizan"ın baş məşqçisi Bakıya pis əhval-ruhiyyədə gəlir
19 Noyabr 2012 13:22
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Vladimir Vermezoviç Super Liqanın son turunun "Crvena Zvezda" ilə derbi matçındakı məğlubiyyətdən (2:3) sonra təhlükə ilə üzləşib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunun səhəri gün "Mercedes" markalı avtomobilindən "Senyakdan çıx get" mətnli məktub aşkarlayıb.
Qeyd edək ki, Senyak Belqradın Vermezoviç yaşayan hissəsinin adıdır. "Partizan"ın rəsmilərindən Nenad Daniloviç sözügedən məsələyə belə münasibət bildirib: "Xuliqanlıqdır. Artıq Serbiya futbolu ilə əlaqəsi olan hər kəs özünü təhlükəsizlikdə hiss etmir. Bu, sadəcə yolverilməzdir".
Qeyd edək ki, "Partizan" noyabrın 22-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi"nin qonağı olacaq.
Milli.Az