Azərbaycanın ən bahalı realiti-şousu olan "Lift"də nələr yaşandı? - FOTOSESSİYA
18 Noyabr 2012 16:21
Milli.Az xəbər verir ki, ötən gün Lider TV-də Azərbaycan teleməkanında ən çox büdcəsi olan "Lift" realiti şousunun ilk canlı yayımı nümayiş olundu. Teleaparıcı Zaur Mirzəzadənin təqdimatında yayımlanan verilişdə 12 kv/m-lik liftdə 100.000 manat uğrunda bu iştirakçılar mübarizəyə qoşuldular:
Əməkdar artist skripkaçı Səlim Abbasov, rəqqasə Oksana Rəsulova, müğənnilər Vasif Məhərrəmli, Günel Ələkbərova, Sevinc Musayeva, Kərim Abbasov, Elşad Şükürov, reper Ceyhun Zeynalov, meyxana ustası Vüqar Əbdülov, şairə-jurnalist Ülviyə Alovlu, teleaparıcı Zemfira Adıgözəlova və aktyor Fərda Xudaverdiyev.
"LİFT" realiti şousu öz maraqlı və sərt şərtlərilə seçilir. Layihə müəlliflərindən aldığımız məlumata görə, şouda iştirakçıların bütün tələbatları pullu olacaq.
İştirakçıların yatmaq, liftdən kənara çıxmaq, qidalanmaq və s. tələbatları təyin olunmuş qaydalar çərçivəsində tənzimlənəcək. Hətta çimmək belə müəyyən məhdudiyyətlərlə həyata keçiriləcək.
Söyüş, əlbəyaxa dava, əcnəbi dillərdə danışmaq və digər qadağalara əməl etməyən iştirakçılar layihədən dərhal kənarlaşdırılacaqlar. Qadağalardan ən maraqlısı isə intim münasibətdir.
Belə ki, layihə çərçivəsində intim münasibət qəti qadağandır. Açılış mərasimində Azərbaycan teleməkanında ilk dəfə olaraq 3D animasiyalı "Video Mapping" şousu nümayiş etdiriləcək ki, bu da açılış mərasiminin növbəti özəlliklərindən biridir.
Əməkdaşımız canlı yayım zamanı və reklam fasilələrində maraqlı fotosessiya hazırlayıb. Ötən gün yaşanan məqamları fotolar vasitəsi ilə gəlin bir daha xatırlayaq. "Lift"in ikinci günündə nələrin yaşanacağını bilmək istəyirsinizsə, mütləq bu axşam, saat 22:00-dan etibarən Lider TV-nin canlı yayımını izləməyi unutmayın.
Məlumat üçün bildirək ki, realiti şounun informasiya tərəfdaşları Milli.Az və 



































































Foto: müəllifindir.