Aygün Kazımova: "Bu cür sürprizlərin olmasını istəmirəm"
19 Noyabr 2012 09:30
Milli.Az-a daxil olan məlumata görə, Orta Doğu və Balkanların divası kimi qardaş ölkə şou-biznesində parlamağı qarşısına məqsəd qoymuş Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Aygün Kazımova növbəti dəfə piratçılıqla üz-üzə qalıb.
Belə ki, İstanbulda pirat albomlar hazırlayan bəzi işbazlar Aygün xanımın ifasında sevilən "İkinci sen" və "Hayat ona güzel" hitlərini türk ulduzlarının mahnılarının yer aldığı qeyri-qanuni yığma disklərə əlavə ediblər.
Əməkdaşımızla telefon söhbətində məsələdən xəbərdar olduğunu vurğulayan Kazımova bildirdi ki, İstanbula edəcəyi səfəri zamanı bu məsələni boş buraxmayacaq:
"Çalışdığım "Dokuz-Sekiz" şirkəti bununla məşğul olacaq. Ən azından müəllif albomumun son tamamlanma işlərinin getdiyi bir vaxtda, bu cür "sürprizlər"in olmasını istəmirəm".
Şahin Cavadsoy
Milli.Az