Bu şəbəkə sadə hücuma da dözmür

17 Noyabr 2012 22:35
Cinayətkarlar noutbuk və ucuz ötürücü aparatdan istifadə etməklə minlərlə insana xidmət edən LTE-nin baza stansiyasını sıradan çıxara bilərlər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda ABŞ-da, demək olar ki, hər bir simsiz rabitə operatoru verilənləri 3G ilə müqayisədə bir neçə dəfə daha sürətli ötürən LTE şəbəkələrin tətbiqilə məşğuldur.

Ölkə ərazisində birinci ticari 4G şəbəkəni istifadəyə vermiş "Verizon Wireless" cari ilin sonunadək təxminən 400 regionu əhatə etmək niyyətindədir. Lakin alimlərin sözlərinə görə, LTE texnologiyasının təhlükəsizlik sistemi hələlik ürəkaçan deyil.

Milli.Az